ATƏT PA prezidentinin Bakı səfərinin vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT PA prezidentinin Bakı səfərinin vaxtı açıqlanıb

14:28 - 06 / 02 / 2018
ATƏT PA prezidentinin Bakı səfərinin vaxtı açıqlanıb

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Sereteli bu ilin martında Azərbaycana səfər edəcək.

1news.az   xəbər verir ki, bunu ATƏT PA-nın mətbuat xidmətindən bildiriblər. ATƏT PA prezidenti martın 12-13-də Azərbaycana rəsmi səfər edəcək və Bakıda keçiriləcək İpək Yolu konfransına qatılacaq.

Qeyd edək ki, daha öncə G.Sereteli səfər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağını demişdi.

G.Seretelini səfər zamanı ATƏT PA-nın Beynəlxalq Katibliyinin müşayiət edəcəyi gözlənilir.

1news.az   

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər