MSK növbədənkənar Prezident seçkilərini təyin edib | 1news.az | Xəbərlər
Siyasət

MSK növbədənkənar Prezident seçkilərini təyin edib

16:16 - 06 / 02 / 2018
MSK növbədənkənar Prezident seçkilərini təyin edib

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin 2018-ci il aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında sərəncamı ilə bağlı iclas keçirib.

1news.az  xəbər verir ki, iclasda MSK-nın sədri Məzahir Pənahov bildirib ki,.Azərbaycan Konstitusiyasına əsasən, dövlət başçısı növbədənkənar prezident seçkiləri təyin etmək hüququna malikdir.

M.Pənahov vurğulayıb ki, Prezident İlham Əliyev bu hüququndan istifadə edərək növbədənkənar prezident seçkiləri təyin edib.

İclasda növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı təsdiq edilib.

Daha sonra iclasda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində Ekspert Qrupu yaradılıb.

Həmçinin MSK-nın nəznində işçi qrupu yaradılaraq rəhbərliyi təyin edilib.

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

1news.az   

Paylaş:
607

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər