Növbədənkənar prezident seçkilərində təşviqat kampaniyasnın vaxtı məlum oldu | 1news.az | Xəbərlər
Siyasət

Növbədənkənar prezident seçkilərində təşviqat kampaniyasnın vaxtı məlum oldu

16:40 - 06 / 02 / 2018
Növbədənkənar prezident seçkilərində təşviqat kampaniyasnın vaxtı məlum oldu

Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər üçün təşviqat kampaniyasnın vaxtı məlum olub.

1news.az  xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planında qeyd olunub.

Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Beləliklə, martın 19-da başlayacaq təşviqat kampaniyası aprelin 10-u səhər saat 10:00-da bitəcək.

1news.az   

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər