ABŞ rəsmisi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimizi davam etdirəcəyik | 1news.az | Xəbərlər
Siyasət

ABŞ rəsmisi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimizi davam etdirəcəyik

14:51 - 07 / 02 / 2018
ABŞ rəsmisi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimizi davam etdirəcəyik

"Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq uzanması, həqiqətən uzun müddətdir".

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink deyib.

"ABŞ münaqişənin sülh yolu ilə həllini güclü şəkildə dəstəkləyir. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu həmsədrləri Bakıdadırlar. Onların arasında amerikalı həmsədr də var. Biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik və bu məqəsədə çatmaq üçün səylərimizi davam etdirəcəyik", - deyə o qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
578

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər