XİN: Ermənistan və Azərbaycandakı prezident seçkilərindən sonra intensiv danışıqların aparılması razılaşdırılıb | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistan və Azərbaycandakı prezident seçkilərindən sonra intensiv danışıqların aparılması razılaşdırılıb

16:30 - 07 / 02 / 2018
XİN: Ermənistan və Azərbaycandakı prezident seçkilərindən sonra intensiv danışıqların aparılması razılaşdırılıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana səfər əsnasında Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilib.

1news.az  xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib:

“Səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.

İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir.

Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır”.   

P.Sultanova

 

 

 

Paylaş:
482

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər