Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub

19:31 - 07 / 02 / 2018
Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, regional bölmələrin, o cümlədən Bakı şəhərinin strukturu, Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsi təsdiq olunma mərhələsindədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, hazırda Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin struktur və maddi-texniki bazasının formalaşdırılması, laboratoriyaların təhvil-təslim işləri həyata keçirilir.

Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Təftiş və dövlət nəzarəti şöbəsi, Risklərin idarə olunması şöbəsi, Sertifikatlaşdırma və qeydiyyat şöbəsi, İnsan resursları şöbəsi, Kommunikasiya və informasiya texnologiyaları şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi, Hüquq şöbəsi fəaliyyət göstərəcək.

Qida Təhlükəsizliyi Agentliyinin qarşısına qoyduğu əsas vəzifə Azərbaycan vətəndaşlarının təhlükəsiz qida məhsulu əldə etməsini təmin etməkdir. Bu proses sahibkarlara ziyan vermədən, kiçik və orta sahibkarların da iştirakı ilə həyata keçiriləcək. Qida Təhlükəsizliyi Agentliyi bu prosesi mərhələli şəkildə həyata keçirməyi, bu sahədə vətəndaş məsuliyyətini artıracaq yöndə geniş maarifləndirmə işləri görməyi planlaşdırır.

Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində göstərildiyi kimi agentlik qida təhlükəsizliyi sertifikatı verəcək, həmçinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qeydiyyata alacaq və reyestrini aparacaq. Hazırda bu istiqamətdə agentliyin fəaliyyətini təmin etmək məqsədilə qanunvericilikdə müəyyən dəyişikliklər hazırlanır və uyğunlaşmalar aparılır.

1news.az

Paylaş:
902

Son xəbərlər

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31
Bütün xəbərlər