Tayvanda zəlzələ: ölən və yaralılar var
Tayvanda baş vermiş zəlzələ nəticəsində dörd nəfər həlak olub, 225 nəfər isə yaralanıb.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə nəticəsində 145 nəfər itkin düşüb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Zəlzələ fevralın 6-da yerli vaxtla saat 23.50-də 6.5 bal gücündə baş verib.
Çin Seysmoloqiya Mərkəzi bundan sonra 4,5 bal gücündə beş və 5,2 bal gücündə iki afterşok qeydə alıb. Tayvan seysmoloqları isə yüzlərlə təkanların qeydə alındığını açıqılayıb.
P.Sultanova
541