Millət vəkilləri İlham Əliyevin namizədliyi barədə: Bu, Azərbaycan xalqının seçimidir | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkilləri İlham Əliyevin namizədliyi barədə: Bu, Azərbaycan xalqının seçimidir

15:54 - 08 / 02 / 2018
Millət vəkilləri İlham Əliyevin namizədliyi barədə: Bu, Azərbaycan xalqının seçimidir

Bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. 1news.az   xəbər verir ki, YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Bu qərar yekdilliklə qəbul olunub.

Prezident İlham Əliyev qurultaydakı nitqində YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edib.

Prezident İlham Əliyevin yenidən namizədliyinin irəli sürülməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Azərbaycan xalqı özünün gələcəyini məhz Heydər Əliyevin siyasətində görür və bu siyasətin davam etməsinə böyük dəstək verir.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev  YAP-ın VI qurultayının qərarını xalqımız üçün çox tarixi bir hadisəi  adlandırıb: “Biz bu gün böyük tarixi hadisə yaşadıq. Bir Azərbaycan vətəndaşı, qurultay iştirakçısı, YAP təmsilçisi olaraq Azərbaycan Prezidenti, YAP sədri ilə bir daha qürur duyduq”.

M.Quliyev vurğulayıb ki, dövlət başçısı qurultayın açılışında çox tarixi əhəmiyyətə malik olan və Azərbaycanın yaxın 10 ildə perspektivlərini müəyyən edən proqram xarakterli bir çıxış etdi:

“Dövlət başçısı dəqiq göstərdi ki, Azərbaycanın yaxın illərdəki prioritetləri, hədəfləri nədir və xalqımız hansı yolla gedəcək. Cənab Prezident vurğuladı ki, Azərbaycan demokratik, hüquqi, sivil dövlətdir, bu yolda da uğurla inkişafını davam etdirəcək. Azərbaycanda bütün insan hüquq və azadlıqları qorunur, bundan sonra daha da qorunacaq, inkişaf etdiriləcək. Azərbaycanda hər bir vətəndaşın vicdan azadlığına hörmət göstərilir və göstərilməkdə davam edəcək. Azərbaycanın sosial- iqtisadi inkişafı bundan sonra daha yüksək tepmlə aparılacaq. Prezident qurultayda vurğuladı ki, neftin qiymətindən asılı olmayaraq ölkəmiz sosial- iqtsadi inkişaf yolunu qeyri- neft sektorunun inkişafında görür və bu xətt də davam edəcək. Neftdən gələn pullar isə Azərbaycanın valyuta ehtiyatarını artıracaq.

Dövlət başçısı ordu məsələsi üzərində xüsusilə dayandı və vurğuladı ki, ordumuzu daha da gücləndircəyik, inkişaf etdirəcəyik və bir qüdrətli dövlət kimi dünyaya da bəyan edəcəyik ki, ordumuzu vasitəsilə torpqlarımızı işğaldan azad etməyə qadirik və bunu edəcəyik:

“Azərbaycan beynəlxalq hüququn, cəmiyyətin dəyərli üzvü kimi öz nüfuzunu ildən ilə artırır, gücləndirir və bu proses davam edəcəkdir.  Bizim beynəlxalq xaric siyasətimiz iki xüsusi əsasa söykəni. Bunun biri beynəlxalq hüquq normlarına hörmət etmək, digəri isə ədalətli olmaqdır. Bu yolla da davam edəcəyik. Dövlət baççlıs qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşının sosial vəziyyətini yaxşıaşdıran ədalətli siyasət davam etdiriləcək, yeni iş yerlərinin sayı  artacaq, əmək haqları, müavinətlər artacaq, xalqımızın sosial- rifah halı ildən- ilə yüksələcək. Cənab Prezident söylədi ki,  Azərbaycanda ictimai siyasi sabitıiyn möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik. Qurultayda Azərbaycanın müxtəlif bölgələrindən olan nümayəndələr öz bölgələrinin seçiciləri, YAP üzvləri adından Prezidentin təkrar namizədliyini irəli sürdülər və bütün qurultay nümayəndləri bu namizədliyi ürəkdən dəstəklədilər. Bütün nümayəndələr yekdil səslə İlham Əliyevin namizədliyini irəli sürdü.

Dövlət başçısı vurğuladı ki çox güclü ordumuz var, torpaqlarımızı hər az azad etməyə qadirdir, biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik, məcburu köçkün bacı- qardaşlarımız öz yurduna qayıdacaq. Amma bununla bizim hədəflərimiz bitmir. Bizim hədəflərimiz daha böyükdür.  Hədəfimiz Qarabağdan sonra digər tarixi torpaqlarımıza Göyçəyə, İrəvana, Zəngəzura qayıtmadır. Bu da hər bir Azərbaycan vətəndaşının ürəyindən keçən arzudur. Bunula bağlı Prezidentin tövsiyəsi  oldu ki, gənclər, uşaqlar həmin torpaqları tanımalı, bilməli, onlarla bağlı  əsərlər yazılmalı, filmlər çəkilməli, müzakirələr aparılmalıdır”.

M.Quliyev deyib ki,  bu, bütün Azərbaycan xalqının iradəsini ifadə edən qərardır: “Bu, Azərbaycan xalqının seçimidir. Azərbaycan xalqı bü gün cənab Prezidentə, Heydər Əliyev siyasətinə alternativ görmür. İnşallah 11 apreldə seçkilər aşkarlıq və demokratiya şəraitində böyük uğurla, təntənə ilə keçəcək. Hər kəs öz fikrini bu seçkidə ifadə edərək Prezidentə səs verəcək və yaxın illərdə də Azərbaycanın inkişafı, çiçəklənməsi, xalqımızın sosial rifahının artırılması siyasəytini davam etdirəcək”.  

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə deyib ki, bu gün tarixi əlamətdar və sevindirici bir gün oldu:

“Yeni Azərbaycan Partiyasının VI qurultayı növbədənkənar prezidenti seçkilərində YAP-ın sədri, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı qərar verdi. Çünki Azərbaycan xalqı birmənalı olaraq ümummilli lider Heydər Əliyev siyasətinin və cənab İlham Əliyev siyasətinin alternativini görmür”.

Onun sözlərinə görə, YAP-ın VI qurultayında cəmiyyətin, ictimaiyyətin, ziyalıların bir sözlə bütün təbəqələrin təmsilçilərinin hər biri yekdilliklə təmsil etdiyi bölgənin arzusunu, təklifini çatdırdı ki, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində prezidentliyə yeganə namizəd, alternativsiz İlham Əliyevdir: “Həqiqətən də bu, belədir. Azərbaycan xalqı 2003-cü ildən artıq seçimini edib. Bu seçimin nəticəsində də qısa müddət ərzində 2003-cü ildən ölkəmizdə çox böyük əlamətdar hadisələr baş verib. Təbii ki, bunu saymaqla da bitməz. Beynəlxalq arenada Prezidentin apardığı xarici siyasət nəticəsində Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.

Dövlət başçısının apardığı xarici siyasət nəticəsində bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistan isə işğalçı dövlət sayan qərarlar qəbul edib. Prezidentin siyasəti nəticəsində Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yollar məhz Azərbaycandan keçdiyi üçün ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevrilib. Tarixi “İpək yolu”nun gerçəkləşməsində İlham Əliyevin xüsusi xidməti vardır. Bütün bunlar həm bir tərəfdən Azərbaycandan beynəlxalq aləmə, Avropa ictimaiyyətinə verilən töhfədir, həm də Avropanın, beynəlxalq ictimaiyyətin, dünya birliyinin Azərbaycana olan münasibətidir. Bütün sahələrdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə çox böyük işlər görülüb. Təbii ki, aprelin 11-də də xalq bir daha tərəqqiyə, sabitliyə, davamlı inkişafa hə deyəcək”.

1news.az

Paylaş:
1416

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər