Millət vəkili: Ermənilər yenidən təxribata əl atsalar layiqli cavablarını alacaqlar | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkili: Ermənilər yenidən təxribata əl atsalar layiqli cavablarını alacaqlar

16:10 - 08 / 02 / 2018
Millət vəkili: Ermənilər yenidən təxribata əl atsalar layiqli cavablarını alacaqlar

“Ermənistan tərəfi cəbhədə təxribata əl atmaqda davam edərsə onların endirdiyi zərbələrdən qat-qat güclü cavablar alacaqlar. Azərbaycanın silahlı qüvvələri buna tam hazırdır”.

1news.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev ermənilərin cəbhə xəttində yenidən təxribata əl atmaları nəticəsində ordumuzun cavab atəşi ilə qarşı tərəfə ağır zərbələr endirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, baş verənlərin hamısına ATƏT çərçivəsində Minsk qrupu həmsdər dövlət rəhbərləri qətiyyətli mövqe göstərməlidirlər:

“Ermənistanın silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarsınlar ki, gənc əsgərlər həyatlarını itirməsinlər. Ermənilər bu təxribatdan əl çəkməlidirlər. Möhtərəm Prezident İlham Əliyevin bu məsələdə mövqeyi qətidir. Bu bütün dünya ictimaiyyətinə, aparıcı dövlətlərə bəllidir. Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti yaşadıqca və bizim xalqımızn lideri cənab İlham Əliyevdirsə düşmənin bütün təxribatları layiqincə cavabını tapacaq.

Ali Baş Komandanın səyləri nəticəsində Azərbaycanın silahlı qüvvələri regionun ən güclü qüvvəsidir. Möhtərəm prezident İlham Əliyev hər zaman söyləyir ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından çıxmalıdır. Yenidən təxribata əl atsalar layiqli cavablarını alacaqlar”- deyə, R.Rzayev vurğulayıb.

Qeyd edək ki, Ermənistan mətbuatı erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumat yayıb.

Azərbaycanın Müdafiə Nazirliyi isə məlumat yayaraq bildirib ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb. Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

“Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir”- deyə, MN-dən bildiriblər.

1news.az

Paylaş:
728

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər