Elçin Əmirbəyov: Əgər seçilərsə, Bakı ümümdünya “Ekspo” sərgiləri üçün yeni təyinat nöqtəsi olacaq  - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əmirbəyov: Əgər seçilərsə, Bakı ümümdünya “Ekspo” sərgiləri üçün yeni təyinat nöqtəsi olacaq  - FOTO

09:52 - 08 / 02 / 2018
Elçin Əmirbəyov: Əgər seçilərsə, Bakı ümümdünya “Ekspo” sərgiləri üçün yeni təyinat nöqtəsi olacaq  - FOTO

Bu gün BMT-nin Nyu Yorkdakı baş qərargahında Ümumdünya sərgisi Ekspo 2025 Bakı layihəsi üzrə danışıqlar qrupu tərəfindən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi ilə birlikdə Ekspo 2025 Bakı layihəsinin BMT üzv dövlətlərinə təqdimatı keçirilib.

1news.az-a Ekspo 2025 Bakı Əməliyyat Katibliyindən verilən məlumata səasən, təqdimata dünyanın 120-ə yaxın ölkəsindən nümayəndələr təşrif buyurmuşdur.

Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı Baş Qərargahında Azərbaycan Respublikasının daimi nümayəndəsi səfir Yaşar Əliyev giriş sözü ilə çıxış edərək, Azərbaycan tərəfinin dəvətini qəbul edib tədbirə toplaşan həmkarları salamlayaraq BMT-nin ən çox sayda dünya ölkələrini bir araya gətirən müstəsna platforma olduğunu bildirərək, Azərbaycanın bu gün “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etmək təşəbbüsünə dəstəyi səfərbər etmək məqsədilə bu vacib imkandan istifadə etdiyini vurğuladı.

Daha sonra təqdimata başlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosunda (BSB) nümayəndə heyətinin rəhbəri səfir Elçin Əmirbəyov Bakının “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyinə namizəd olması təklifinin arxasında dayanan səbəbləri ətraflı şəkildə təqdim etdi. O, Bakının təklif etdiyi mövzunu – “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” və Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan təhsil, səhiyyə və məşğulluq alt-mövzularını təfərrüatla izah etdi. Təqdimatdan sonra BMT üzv-dövlətlərinin nümayəndələri Azərbaycanın zəngin tarixi və mədəniyyətini, onun iri-miqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsini, ölkəmizin Avropa və Asiya arasında körpü rolunu oynadığını, beynəlxalq multikulturalizm mərkəzi kimi tanındığını, Bakının gözəlliyini və ilk dəfə olaraq “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün üstünlüklərini əks etdirən videofilmi izlədilər.

Ekspo 2025 Bakı layihəsi üzrə danışıqlar qrupunun rəhbəri BMT üzv-dövlətlərini Bakının “Ekspo 2025” sərgisinə ev sahibliyi üçün irəli sürülmüş namizədliyinə müsbət yanaşmağa və 2018-ci ilin noyabr ayında Parisdə BSB-nin Baş Assambleyası sesiyasında keçiriləcək səçkilərdə Azərbaycanın lehinə səs verməyə dəvət etdi.

Tədbir haqqında danışarkən, E.Əmirbəyov qeyd etdi:

“Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etməklə Bakı dünya birliyinə cəmiyyətin və bəşəriyyətin gələcəyini araşdırmaq, bütün dövlətlərə BMT Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün səfərbər olmaq və bu gün planetimizin qarşısında dayanan qlobal təhdidlərin bəzilərini səmərəli şəkildə həll etmək imkanı verəcək. “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi edəcək ən gənc dövlət kimi Azərbaycan dünya ölkələrini təhsilə, səhiyyəyə və məşğulluğa sərmayə yatırmaq yolu ilə qlobal səviyyədə insan kapitalının inkişaf etdirilməsi üçün yollar tapmağa çağıracaq. Əgər seçilərsə, Bakı ümümdünya “Ekspo” sərgiləri üçün yeni məkan, yeni təyinat nöqtəsi olacaq və heç zaman “Ekspo” sərgilərinə ev sahibliyi etməmiş ölkələri ilhamlandıracaq. Biz dünən BMT-nin Baş Qərargahında çox sayda ölkələrin nümayəndələrini görməkdən şərəf hissi duyduq. Biz Bakının Ekspo 2025-lə bağlı baxışlarını təqdim etməkdən məmnunluq hissi keçirdik. “Ekspo 2025” sərgisinin Bakıda keçirilməsi ilə bağlı layihəmizi təqdim etmək və 2017-ci ilin sentyabr ayında BSB-nin Parisdəki Baş Qərargahında Bakının Ekspo 2025 təklifinin rəsmı təqdim olunmasından sonra keçən dövr ərzində əldə edilmiş irəliləyiş barədə BMT üzv-dövlətlərinə məlumat vermək imkanından məmnun olduq”.

“Ümumdünya Ekspo 2025” sərgisinə Bakının ev sahibliyi ilə bağlı daha təfərratlı məlumat almaq üçün bura baş vurun: www.bakuexpo2025.com

Bakı Ekspo 2025 sərgisini burada izləyin: FacebookTwitterInstagram və YouTube

S.Xankişiyeva

 

 

Paylaş:
1261

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər