Mübariz Əhmədoğlu: Sumqayıt hadisələrinədək ermənilər Qarabağda ilk qanı tökmüşdülər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Sumqayıt hadisələrinədək ermənilər Qarabağda ilk qanı tökmüşdülər

10:21 - 09 / 02 / 2018
Mübariz Əhmədoğlu: Sumqayıt hadisələrinədək ermənilər Qarabağda ilk qanı tökmüşdülər

Fevral ayı ermənilərin genetikasında olan və psixoloji durumlarına təsir edən aydır. Bunun səbəbləri barədə danışmaq fikrimiz yoxdur. Amma Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hər il ermənilər fevral ayını “Sumqayıt qırğınları” kimi təqdim etmək istəyirlər. Bu istiqamətdə külli miqdarda siyasi resurs xərcləyirlər.

Əslində fevral ayı ermənilərin özlərinin törətdiyi çoxlu cinayətlərlə tanınır: Dağlıq Qarabağda ilk mitinqlər fevral ayında başlayıb; Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə keçməklə bağlı qərarı da fevrala ayında verilib; Ermənilər Dağlıq Qarabağ münaqişəsi regionunda ilk qanı da fevral ayında tökdülər; Xocalı soyqırımı da fevral ayında baş verib;

Məhz bu hadisələri kölgəyə salmaq üçün ermənilər Sumqayıt hadisələrini qabardırlar. Çünki Sumqayıt hadisələri baş verəndə beynəlxalq ictimaiyyət məlumatları ermənilərdən alırdı. Azərbaycandan fərqli olaraq Ermənistan o dövrdə dünya mediasına qat-qat yaxın idi. Ona görə də ermənilər ilkin rəyi özləri bildiyi qaydada formalaşdıra bildilər. Reallıqda isə Ermənistan SSR-də avtoxton azərbaycanlılara qarşı hücumlar çoxdan başlamışdı. Sumqayıt hadisələrindən (fevral 1988-ci il) iki ay qabaq Ermənistan SSR-dən 240 minlik azərbaycanlı əhali deportasiya olundu. 1987-ci ilin dekabrın 24-də ermənilər bu deportasiyanı başa çatdırdılar. Azərbaycanlıları Ermənistan SSR-dən deportasiya etmək üçün onların yaşadığı ərazilərdə kütləvi qırğınlar törədildi. Kütləvi qırğınlar Ermənistan SSR-nin Quqark və Masis rayonlarında bu daha vəhşiliklə icra edilmişdi.

Ermənilər hədsiz çox yalan danışıblar. İndi yalan da onlardan bezib. Bəzən yalan hətta S.Sərkisyanla da müttəfiqlik etmir.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri

Paylaş:
687

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər