İran yeni ballistik raket nümayiş etdirib | 1news.az | Xəbərlər
Dünya

İran yeni ballistik raket nümayiş etdirib

16:37 - 11 / 02 / 2018
İran yeni ballistik raket nümayiş etdirib

Bu gün İran yeni "Qədr" ballistik raketini nümayiş etdirib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, 2 min km uçuş məsafəsi olan raket bu gün Tehranda İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə nümayiş etdirilib.

Raket hərəkətdə olan buraxılış qurğusundan və buraxılış şaxtasından atıla bilər. "Qədr" ballistik raketi radardan gizlənməyə imkan verən sistemlə təchiz olunub.

Mərasimdə "Fajr 5" yaxın mənzilli raketi və tank əleyhinə idarə olunan "Toufan 2-M" raketi də nümayiş olunub. Eyni zamanda son sınaq mərhələsində olan "Fateh" sualtı qayığı da nümayiş etdirilib.

S.Xankişiyeva

 

Paylaş:
701

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər