Rusiyada təyyarə qəzasında azərbaycanlı biznesmen ölüb – FOTO – VİDEO – YENİLƏNİB
Rusiyada təyyarə qəzasında həyatını itirən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Orskdakı Azərbaycan icmasından məlumat verilib.
Məlumata görə, N.Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundandır. O, 2 il əvvəl Orenburqun Orsk şəhərinə gedib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N.Qəhrəmanovun tikiş sexi olub.
19.14
Bu gün Rusiyada təyyarə qəzasında həyatını itirən sərnişinlərin siyahısı Ural56.ru Instagram səhifəsində dərc edilib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı yer alıb.
Namiq Qəhrəmanovun azərbaycanlı olduğu ehtimal edilir.
19.01
Moskva ətrafında "An-148" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə ikinci hava gəmisinin də qalıqları aşkar edilib.
Lenta.ru bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.
Nəşrin daha bir mənbəsi isə "An-148" təyyarəsinin çox güman ki, havaya qalxarkən vertolyotla toqquşduğunu qeyd edib.
Hadisə yerində 50 cəsədin tapıldığı bildirilir.
"İnterfax"ın mənbəsinin məlumatına görə isə təyyarə "Rusiya Poçtu"na məxsus vertolyotla toqquşub.
Öz növbəsində "Rusiya Poçtu" idarəyə məxsus vertolyotun "An-148" təyyarəsi ilə toqquşmasına dair məlumatı təkzib edib.
"Məlumat həqiqətə uyğun deyil. "Rusiya Poçtu" bu informasiyanı təkzib edir. "Rusiya Poçtu" iki ədəd "Tu-204" vertolyotundan istifadə edir", - deyə idarənin mətbuat xidmətindən bildirilib.
Hadisə şahidləri təyyarənin səmada yandığını bildirirlər. Söhbət hava gəmisində hər hansı bir partlayışın baş verə bilməsindən gedir.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 167 xilasedicisi və 34 ədəd texnikası cəlb olunub.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyev və nəqliyyat naziri Maksim Sokolov əraziyə yollanıb.
17.01
Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Təcili Yardım Xidmətindən məlumat verilib.
Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb.
Qeyd edək ki, təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün hamısı həlak olub.
S.Xankişiyeva