Putin təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb | 1news.az | Xəbərlər
Dünya

Putin təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb

18:01 - 11 / 02 / 2018
Putin təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb

Rusiya prezidenti Vladimir Putin hökumətə "An-148" təyyarəsinin Moskva ətrafında qəzaya uğramasının araşdırılması ilə bağlı tapşırıq verib.

1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

V.Putin hökumətə aviaqəza ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb. D.Peskov deyib ki, Putin qəzada qohumlarını və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, bu gün Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.

S.Xankişiyeva

 

Paylaş:
589

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər