Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT-ə dəvət göndərib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT-ə dəvət göndərib

21:43 - 12 / 02 / 2018
Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT-ə dəvət göndərib

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.

1news.az APA-ya istinadən xəbər verir ki,  bu barədə ATƏT DTİHB-nun mətbuat ofisindən məlumat verilib.

Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

1news.az

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər