Bakıda NATO-nun təlim kursu keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Bakıda NATO-nun təlim kursu keçirilir

22:21 - 12 / 02 / 2018
Bakıda NATO-nun təlim kursu keçirilir

Azərbaycanın Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda “Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu başlayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Şimali Atlantika Alyansının Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təşkil edilən tədbirdə iştirakçılara NATO-nun komanda və qüvvə strukturu, təlimlərin konsepsiyası, planlaşdırılması, idarə edilməsi və keçirilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim ediləcək.

Fevralın 16-dək davam edəcək təlim kursunda müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.

1news.az

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər