XİN: Rusiyada təyyarə qəzasında ölən Azərbaycan vətəndaşıdır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Rusiyada təyyarə qəzasında ölən Azərbaycan vətəndaşıdır

10:48 - 12 / 02 / 2018
XİN: Rusiyada təyyarə qəzasında ölən Azərbaycan vətəndaşıdır

Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması araşdırılıb.

Bu barədə 1news.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə,  təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan vətəndaşıdır.

Məsələ ilə əlaqədar Azərbaycanın Rusiya səfirliyi və aidiyyəti dövlət qurumları bu ölkənin müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.  

P.Sultanova 

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər