ABŞ Kəşfiyyatı: Dağlıq Qarabağdakı gərginlik genişmiqyaslı hərbi münaqişəyə çevrilə bilər | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Kəşfiyyatı: Dağlıq Qarabağdakı gərginlik genişmiqyaslı hərbi münaqişəyə çevrilə bilər

09:43 - 14 / 02 / 2018
ABŞ Kəşfiyyatı: Dağlıq Qarabağdakı gərginlik genişmiqyaslı hərbi münaqişəyə çevrilə bilər

Dağlıq Qarabağ ətrafındakı gərginlik Ermənistanla Azərbaycan arasında genişmiqyaslı bir hərbi münaqişəyə səbəb ola və bu cür vəziyyət Rusiyanı öz regional müttəfiqini dəstəkləməyə cəlb edə bilər. 

1news.az xəbər verir ki, bu barədə  ki, ABŞ-ın Milli Kəşfiyyatının  direktoru Daniel Koutsomun "Dünya üzrə təhlükənin qiymətləndirilməsi" hesabatında deyilir. 

Sənədin Qarabağa həsr olunmuş hissəsində vurğulanıb ki, hər iki tərəfin kompromisə gəlməməsi, təzyiqi artırması, Azərbaycanın sabit hərbi modernləşməsi və Ermənistanın yeni rus silahları əldə etməsi 2018-ci ildə böyük miqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Hesabatda vurğulanıb ki, Kreml bütün keçmiş Sovet İttifaqı ölkələrinə öz təsirini genişləndirməyə çalışacaq:

“Özünün  növbəti mümkün prezidentlik müddətində Vladimir Putin Rusiyanın sərhədlərindən kənarda nəticə əldə etmək üçün daha aqressiv və opportunis bir xarici siyasət aparacaq”.

P.Sultanova

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər