Azərbaycan və Tacikistan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Tacikistan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

21:38 - 14 / 02 / 2018
Azərbaycan və Tacikistan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Fevralın 13-də Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Həsən Məmmədzadə ilə Tacikistan Respublikasının nəqliyyat naziri Xudoyorzadə Xudoyor arasında görüş keçirilib.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, görüşdə əsasən Azərbaycan ərazisindən keçməklə Tacikistan üçün yükdaşımaların dəmir yolu ilə daşınması tarifləri, eləcə də Bakı və Düşənbə arasında birbaşa aviarabitənin bərpası məsələlərini və nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Aviarabitə sahəsində əməkdaşlıq kontekstində Bakının tranzit şəhəri qismində istifadə olunma imkanları nəzərdən keçirilib.

Görüş zamanı 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmiryolun Tacikistanın gələcəkdə faydalanmasının perspektivlərinə toxunulub. Bu layihənin gerçəkləşməsi nəticəsində yaranacaq Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Danışıqlarda Azərbaycanla Tacikistan arasında imzalanan 40-dan çox sənədin ölkələrimiz arasında əsaslı hüquqi baza yaratdığı qeyd edilib. Söhbətdə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün birbaşa hava reysinin bərpasının vacibliyi bir daha bildirilib.

Fevralın 14-də Tacikistan İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması  Məsələləri üzrə Dövlət Komitəsinin sədri Xamralizoda Farrux ilə ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə arasında görüş keçirilib. X.Farrux komitənin fəaliyyət sahələri, əməkdaşlıq əlaqələri, Tacikistanda həyata keçirilən yerli və regional layihələr barədə  məlumat verib. Komitə sədri Tacikistanda xarici investisiya üçün əlverişli şərait yaradıldığını, qanunvericilik bazasının formalaşdırıldığını (İnvestisiya haqqında və Beynəlxalq müqavilələr haqqında qanunlar, Vergi və Gömrük məcəllələri və s.) və işçi qüvvəsinin mövcud olduğunu qeyd edib.

Səfir H.Məmmədzadə "ASAN Xidmət" haqqında qarşı tərəfə ətraflı məlumat verərək,  “ASAN Xidmət”in son illərdə Azərbaycanın brendi kimi dünyada tanıdıldığını və Azərbaycanda özünü doğrultmuş olduğunu bildirib. Səfir bu il Tacikistanda "Turizm və əl işləri sənəti ili" elan olunmasını nəzərə alaraq “ASAN-ABAD” layihəsi barədə qarşı tərəfə məlumat verib  və bu sahədə Azərbaycan tərəfinin Tacikistana yardım göstərməyə hazır olduğunu bildirib. Qeyd olunmalıdır ki, Tacikistan tərəfi “ASAN Xidmət” sahəsinə maraq göstərir və gələcəkdə analoji qurumun yaradılması ilə məhz Tacikistanın İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması Məsələləri üzrə Dövlət Komitəsinin məşğul olunduğu guman edilir.

1news.az

Paylaş:
606

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər