Dini konfessiya rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət qəbul ediblər | 1news.az | Xəbərlər
Siyasət

Dini konfessiya rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət qəbul ediblər

12:03 - 14 / 02 / 2018
Dini konfessiya rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət qəbul ediblər

Azərbaycandakı dini konfessiya rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət qəbul ediblər.

1news.az-ın məlumatına görə,Qafqaz Müsəlmanları İdarəsində dini konfessiyaların rəhbərləri ilə keçirilən görüşdə qəbul olunan müraciətdə deyilir:

“Biz, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dindarları - müsəlman, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icma nümayəndələri, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə — Prezident seçkiləri ilə əlaqədar bir araya gələrək, aşağıdakıları bəyan etməyi öz vətəndaş borcumuz hesab edirik. O Bir Olan Yaradan qarşısında məsuliyyət hissi ilə bildiririk ki, Vətənimizdə son illər ərzində həyatın bütün sahələrində baş verən tərəqqi - iqtisadiyyatımızın güclənməsi, daxili və xarici siyasətdəki uğurlar, insanların rifah halının yüksəlməsi, hərbi müdafiə qabiliyyətimizin artması ilə yanaşı dini-mənəvi həyatı ehtiva edən dəyərli dəyişikliklər hər bir dindarın rəğbətinə səbəb olan məqamlardır. Bakı-Tbilisi-Qarsdəmiryolu xətti, TANAP qaz kəməri, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizi kimi regional əhəmiyyətli iqtisadi layihələrin fonunda Allah Evlərinin, ibadət məkanlarının nəfis şəkildə inşa və böyük məhəbbətlə bərpa olunan binaları, dindarların maddi-mənəvi tələbatlarına qayğı, milli-dini və ümumbəşəri dəyərlərə yüksək ehtiram ölkəmizin nüfuz və qüdrətinin təzahürləridir. Vətənimiz Azərbaycan beynəlxalq müstəvidə həm də mədəniyyətləri, dinləri bir araya gətirən, mənəvi-humanitar məqsədlər ətrafında cəm edən qabaqcıl bir ölkə kimi tanınır. Uca Allaha xoş gedən multikultural həyat tərzini yaşadan və təbliğ edən cəmiyyətimizin və onun liderinin O Bir Olan Yaradanımızın Nəzərində dəyəri yüksəkdir. Hər bir mömin vətəndaş ölkəmizin həyatında bütün bu nailiyyətləri şükranlıqla qarşılayaraq, bunu Uca Yaradanın Lütfü sayəsində dövlət rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi kimi dəyərləndirir. Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinin davamçısı İlham Əliyev həzrətlərinin misilsiz əzm və səyləri sayəsində Azərbaycan xalqı müstəqilliyimizin əbədi və dönməzliyinə əmindir.

Azərbaycan siyasətinin avanqardında yer alan Yeni Azərbaycan Partiyası qarşıdan gələn Prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Bu namizəd, əslində, bütün xalqın namizədidir. Azərbaycan dindarlarının ümumi mövqeyi Prezident seçkilərində məhz İlham Əliyevin ən layiqli namizəd olmasından ibarətdir.  Siyasi, iqtisadi, mənəvi böhranlarla üz-üzə qalan dünyada sabitlik, rifah və dini-mənəvi stabillik məkanı olan ölkəmizin uğurları həqiqətən böyük dəyər kəsb edir. Biz, Azərbaycan dindarları, dini icma rəhbərləri müstəqil Azərbaycanda  uğurlu din-dövlət siyasətinin bəhrəsi olan tolerant, multikultural, hüquqi-demokratik  cəmiyyəti dünyanın istənilən nöqtəsində qürur hissi ilə təmsil etməkdən məmnunluq duyuruq. Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası dialoqun mühüm mərkəzlərindən biri kimi tanınması və qəbul olunması dövlət başçımızın ardıcıl məntiqlə davamlı şəkildə həyata keçirdiyi dövlət siyasətinin real bəhrəsidir. Sivilizasiyaların, mədəniyyətlərin dialoq və əməkdaşlığına dair 2008-ci ildə Bakı prosesinin əsasının qoyulması, 2016-cı ilin Multikulturalizm, 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi Azərbaycanın dövlət rəhbərinin siyasi iradə və humanist təfəkkürünün bariz nümunəsidir. Tərəqqipərvər dünya ictimaiyyəti bu istiqamətdə səyləri layiqincə qiymətləndirir, Azərbaycan xalqı isə buna görə öz liderinə minnətdardır.

Biz, Azərbaycan dindarları, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın rifahının artırılması yönündə böyük işlər görən, dünyada miqrant böhranı yaşandığı dönəmdə məcburi köçkün soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı üçün misilsiz səylər göstərən, Cocuq Mərcanlı məscidi ilə işğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdışın mənəvi təməlini qoyan liderimizin olmasını yüksək dəyərləndirir, Azərbaycanın dövlət başçısı məqamında O Bir Olan Yaradana xoş gələn əməllər sahibinin olmasını səmimi qəlbdən diləyirik. Biz dünyəvi dövlət şəraitində dini-mənəvi dəyərlərin intibahı üçün atılan addımların, göstərilən misilsiz səylərin qarşısında yalnız və yalnız bu uğurlu xəttin davam və inkişafını dəstəkləyirik.

Biz, unikal dostluq, dinlərarası və məzhəblərarası qardaşlıq şəraitində yaşayan Azərbaycan dindarları, dövlətin diqqət və himayəsindən yararlandığımız, məscidlər, kilsə, sinaqoq və digər mənəvi məkanlarımızın dövlətin maddi, mənəvi yardımıyla təmir, bərpa olunduğu ölkəmizdə dini-mənəvi intibahın davamını istəyirik.   Biz, dindarlar hər zaman şükranlıqla dualar edirik ki, Vətənimizin taleyinə müdrik, mənəvi dəyərlərə önəm verən, bizlərə həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi sahədə də fəxarət doguran anlar yaşadan dövlət başçısı qismət olmuşdur. Zati-aliləri İlham Əliyevə verilən ən böyük dəyər Azərbaycan xalqının məhəbbət və etimadıdır.

Azərbaycan Respublikasında 11 aprel tarixli Prezident seçkiləri, heç şübhəsiz ki, xalqımızın həyatında mühüm siyasi hadisə olmaqla, hər bir dindar üçün də taleyüklü, önəmli məqamdır. Biz bütün Azərbaycan dindarlarını uca mənəviyyat yolunun davamına – Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq. Qoy Uca Yaradan öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!”.

Qeyd edək ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Roma Katolik Kilsəsinin Yepiskopu Vladimir Fekete və Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili imzalayıblar.

1news.az

Paylaş:
656

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər