XİN rəhbəri: Aİ-Azərbaycan saziş layihəsində ticarətə dair fərqli fikirlər var
Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş layihəsi üzrə danışıqlar konstruktiv şəkildə və qarşılıqlı anlaşma əsasında aparılır. Sənədin hazırlanması prosesində xüsusi bir maneə yoxdur.
1news.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibəsində deyib.
O bildirib ki, ticarət məsələləri ilə bağlı fikirlərdə bəzi fərqlər var: “Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmasa da, tariflər və subsidiyalar baxımından bir sıra uyğunsuzluqlar mövcuddur. Ancaq müzakirələr zamanı qarşılıqlı anlaşma əsasında ümumi təmas nöqtələrini tapmağa çalışacağıq”.
Nazir vurğulayıb ki, danışıqların növbəti mərhələsi 2018-ci il birinci rübün sonunda və ya ikinci rübünün başlanğıcında planlaşdırılır.
XİN rəhbəri müqavilənin bütün elementlərinin eyni dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb: “Biz bu sənədin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafı üçün mühüm bir çərçivə yaradacağına inanırıq. Sənəd siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdə tutur.
P.Sultanova