Xəzəryanı ölkələrin sammiti ilin ikinci yarısında keçiriləcək
“Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti bu ilin ikinci yarısında keçirilə bilər”.
1news.az “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov deyib.
O bildirib ki, sammitdə Xəzərin statusuna dair Konvensiyanın imzalanması gözlənilir: “Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasındakı beştərəfli sazişin detalları artıq razılaşdırılıb. Sənədin mətni demək olar ki, hazırdır. Hazırda söhbət texniki işlərdən gedir”.
Nazir qeyd edib ki, hazırda bəzi daxili prosedurların başa çatması gözlənilir, bundan sonra sammitin dəqiq vaxtı açıqlanacaq.
1news.az
884