Meksika-Azərbaycan parlamentlərarası əməkdaşlığı müzakirə edilib
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, habelə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüb.
1news.az-a səfirlikdən verilən məlumata görə, görüş parlamentlərarası əlaqələrə təkan vermək məqsədi daşıyıb.
İkitərəfli münasibətlərdən söz açılan görüşdə əməkdaşlığın müxtəlif sektorlar üzrə intensivləşdirilməsi qeyd edilib. Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün təməl hesab olunan hüquqi bazanın möhkəmlənməsi vurğulanıb. Tərəflər hər iki ölkənin parlamentləri arasında qarşılıqlı səfərlərin stimullaşdırması zəruriliyini qeyd ediblər. Bundan əlavə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan söz açılıb.
Məsələ ilə əlaqədar, səfir Labardini miqrasiya, ətraf mühit və s. mövzular üzrə beynəlxalq hüquqi bazanın yaradılmasına dair Meksikanın bir sıra təklifləri barədə məlumat verib.
P.Sultanova