Azay Quliyev: “Bu, Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkandır” | 1news.az | Xəbərlər
Siyasət

Azay Quliyev: “Bu, Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkandır”

17:53 - 16 / 02 / 2018
Azay Quliyev: “Bu, Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkandır”

“Azərbaycan ATƏT-in Parlament Assambleyasını və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunu növbədənkənar prezident seçkilərini müşahidə etməyə dəvət edib”.

1news.az-ın məlumatına görə, bunu ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev “Tvitter” hesabında yazıb:

“Biz, ATƏT-in müşahidəçi missiyasının iştirakını Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkan hesab edirik”.

Azay Quliyev tərəflərin bu məsələdə məhsuldar əməkdaşlığına ümid etdiyini də qeyd edib. 

Xatırladaq ki, ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilən iclasda Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunan məsələlərdən biri olub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ölkə mediasına açıqlamasında bildirib ki, Azərbaycan Avropa təşkilatlarına prezident seçkilərini izləmək üçün dəvət məktubu göndərib:

“Hazırda bu məktub nəzərdən keçirilir. Biz ATƏT və DTİHB təcrübəsinə əsaslanırıq. Biz indi ATƏT DTİHB-nin qərarını gözləyirik”.

1news.az

Paylaş:
678

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər