İtaliya Yanardağda kompleks tikmək istəyir | 1news.az | Xəbərlər
Siyasət

İtaliya Yanardağda kompleks tikmək istəyir

12:24 - 16 / 02 / 2018
İtaliya Yanardağda kompleks tikmək istəyir

Bizim Yanardağda kompleks tikməklə bağlı layihəmiz var.

1news.az xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari mətbuat konfransında deyib. O bildirib ki, İtaliya tərəfindən layihəyə razılıq var, amma qərar Azərbaycan hökuməti tərəfindən verilməlidir.

“Biz bundan çox şad olarıq. Bu kompleks olduqca dəyərlidir. İtalyan arxitektorun da burada töhfəsi olsa, tarixi və turistik baxımından çox gözəl olar”- deyə, səfir vurğulayıb.

P.Sultanova

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər