Ermənilərin "çirkin" feyk dostu: Aleksandr Nevzorovun sayıqlamaları
Ermənistanın bir informasiya agentliyi rusiyalı jurnalist Aleksandr Nevzorovun "Exo Moskvı" radiostansiyasındakı çıxışının Azərbaycanla bağlı hissəsini dərc edib.
Ermənilər bunu sanballı bir fikir kimi, təhlil statusunda təqdim etməyə çalışıblar. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanın qədim Azərbaycan torpağı olması ilə bağlı ifadə etdiyi fikirdən gedir. Təbii ki, özlüyündə elə bir siyasi əhəmiyyəti olmayan hadisədir. Ancaq "tanınmış" jurnalist və rejissorun şəxsiyyəti təhqir edən ifadələr işlətməsi, özünü yol göstərən, ağıl öyrədən, tarixi bilən mütəxəssis kimi təqdim etməyə çalışması cavabsız qalmamalıdır. Xüsusilə Azərbaycan kimi nüfuzlu dövlətin yüksək intellektual səviyyəyə, peşəkar diplomatik qabiliyyətə və ədalət hissinə malik başçısına iftira, böhtan atılması diqqətdən kənarda qala bilməz. Biz yalnız müəyyən real faktların işığında A.Nevzorov kimilərə möhtac olan ermənilərin və rus jurnalistin bir şəxs kimi düşdüyü aciz və gülünc vəziyyətdən bəhs etməyi lazım bildik.
Natamam ailənin uşağı: Nevzorovun psixoloji problemləri və şikəst karyerası
Qədim yunan filosoflarının məşhur kəlamlarının birində deyilir: "Oxşar öz oxşarına can atır". Ermənilər də dünyada özlərinə oxşarlarla münasibət qurur, onlarla əməkdaşlıq edirlər. İndi məlum olur ki, ermənilərə "oxşar olanlar" sırasında kimliyi Rusiya cəmiyyətinə yaxşı məlum olan Aleksandr Nevzorov da vardır. Bu zat kimdir?
"Nevzor" sözünün mənası "sevilməyən", "çirkin" deməkdir. Hər adamın soyadının onun şəxsi keyfiyyətləri ilə sıx əlaqəsi haqqında elmi və mifik təsəvvürlərin olduğu məlumdur. İstənilən halda, A.Nevzorov həqiqi mənada həm mənəvi cəhətdən çirkindir, həm də sevilməyən birisidir. Onun atasının kim olduğu da məlum deyil. Özünün dediyinə görə, heç atasını görməyib, ancaq bu ada 150 (!) adam iddialıdır. Rusiyada bu statusa iddialı olanların heç birini Aleksandr Nevzorov bəyənməyib.
O, anasının verdiyi informasiya əsasında belə qənaətə gəlib ki, anadan olmamışdan doqquz ay əvvəl Peterburqa Amerikadan nümayəndələr gəlib və çox ehtimal ki, o, onlardan birinin oğludur. Həmin adamın etnik mənsubluğu komançidir (Allah, sən saxla!). Nəhayət, A.Nevzorov jurnalist, övlad, kinorejissor və psixik xəstə kimi atasının axtarışına çıxır. Özünün dediyi kimi, məlum olur ki, anasının ünvanladığı adam ... narkoticarətlə məşğul olurmuş və polislərlə atışmada öldürülüb!
Bizim onun anasının kişilərinin sayı ilə bağlı işimiz yoxdur, çünki hər bir qadın azaddır və s. Lakin konkret Aleksandr Qleboviçin şəxsi keyfiyyətləri onun hərəkətləri və fikirləri ilə heyrətedici oxşarlıq təşkil edir. Yəni bu adam ata görməyib və onun kim olduğunu da bilmir (bunun Azərbaycan dilində adı vardır), natamam ailədə böyüyüb. Bu da onun həm psixi durumuna, həm də şəxsiyyətinə ciddi təsir edib. Onun tərcümeyi-halında məktəbdə oxuduğu dövrdə psixiatrik xəstəxanaya göndərildiyi haqqında məlumat vardır. Aleksandr Nevzorov böhtançı, saxtakar, yalançı və olduqca eqoistdir.
Bunları təsdiq edən bir faktı gətirək. A.Nevzorov özü də etiraf edir ki, dinə bağlı olmadan bir müddət kilsə xorunda oxuyub, çünki orada yaxşı pul verirdilər. Bir müddət sonra oradan uzaqlaşıb və qatı ateistə çevrilib. Keşiş Vsevolod Çaplin bununla bağlı deyir ki, Nevzorov açıqca yalançıdır, əminəm ki, onun dediklərinin heç birinin sübutu yoxdur. A.Nevzorovla işləmiş İqor İlin isə əvvəlcə Nevzorova inandıqlarını, sonra isə bir hoqqabaz olduğunu müəyyənləşdirdiklərini ifadə edir.
Kinorejissor Stanislav Qovoruxin isə Nevzorovun tez-tez mövqeyini dəyişən və "dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib" tipinə aid olduğunu söyləyib. Müxtəlif elm sahələrinin adamları isə bu zatın 60 (hər halda, atalarının sayından azdır) səhvini təhlil edib, tam biabır ediblər. Elmlər namizədi, antropoloq Stanislav Drobışevski, biologiya elmləri doktoru Svetlana Borinskaya, arxeoloq, tarix elmləri doktoru Leonid Vişnyatski, fəlsəfə elmləri namizədi O.E.Stolyarova, publisist, teleaparıcı Y.Ponasenkov və başqaları A.Nevzorovu ciddi tənqid ediblər.
Bunlar reallıqda Aleksandr Nevzorovun şəxsiyyəti haqqında aydın təsəvvürlər yaradır. Onun hərəkətləri və söylədiyi fikirlər də bunu təsdiqləyir. Məsələn, Vladimir Putini "bəşəriyyətin xərçəng şişi" adlandıraraq qeyd edib ki, "onun beyni yoxdur"! Görün, bu adam nə dərəcədə axmaq və saxtakardır ki, on illərdir Rusiyaya beyinsiz, ağılsız bir adamın rəhbərlik etdiyini deyir. Bəs onda sən kimsən, Nevzorov? Belə çıxır ki, Rusiya sənin kimi başsız, iradəsiz, bir dəlinin öhdəsindən gələ bilməyən, beyinsizə səs verən adamlarla doludur?! Əlbəttə, səhv edir və növbəti böhtanını rus xalqına və onun Prezidentinə atır! Və bu, onda bir növ adətə çevrilib!
Erməni acizliyi: arqumentlər tükənəndə...
Budur, ermənilər özlərinə tam oxşar olan Aleksandr Nevzorovdan Azərbaycana qarşı da qarayaxma kampaniyasında istifadə etməyə çalışırlar. "News.am" saytı A.Nevzorovun Azərbaycan Prezidenti İlham Əliyev haqqında sayıqlamalarını mütəxəssis rəyi kimi verib. Özü də tarixi, siyasi, ideoloji, mənəvi və geosiyasi aspektlərdə çox ciddi olan bir mövzuda. Məsələ nə ilə bağlıdır?
Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında İrəvan, Zəngəzur və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və gənclərin bunu unutmamaları gərəkliyini ifadə edib. Dövlət başçısı İrəvana qayıtmağın dövlətin siyasi və strateji məqsədlərindən birini təşkil etdiyini bəyan edib! Əslində, bu barədə İlham Əliyev əvvəllər də dəfələrlə fikirlərini ifadə edib. Ancaq məhz indi bu məqama ermənilər böyük qorxu, təlaş və böhtançılıqla reaksiya veriblər. Niyə?
Səbəb tam aydındır. Çünki Azərbaycan sürətli inkişafda, ordusunun qüdrəti artmaqda, beynəlxalq nüfuzu yüksəlməkdədir. Məlum aprel döyüşləri və Türkiyənin həyata keçirdiyi bir sıra tədbirlər göstərir ki, Azərbaycan Prezidenti sözü elə-belə demir – bunun arxasında kifayət qədər böyük güc dayanır! Ermənilərin və nevzorovların kürkünə birə salan da məhz bu məqamdır!
A.Nevzorov deyir ki, Azərbaycanın dövlət başçısının İrəvana qayıtmaq haqqında danışması regionda müharibələrə, fəlakətlərə, insan itkilərinə səbəb ola bilər. Bəs Ermənistanın faşist rejiminin İrəvan, Zəngəzur və Göyçədən yüzminlərlə azərbaycanlını deportasiya etməsi fəlakət deyilmi? Dağlıq Qarabağda və ətraf rayonlarda erməni silahlı quldur dəstələrinin hətta faşistlərin etmək istəmədikləri vəhşilikləri törətməsi regionda müharibəyə yol açmırmı? İndi də erməni əsirliyində minlərlə qoca, qadın və uşaq vardır. Bunları nevzorovlar görmürlər, kordurlar? Əlbəttə, görürlər və illərdir ki, susurlar. Fikir verin, onlardan bir nəfəri belə deyirmi ki, axı Ermənistanda niyə azərbaycanlılar yoxdur, niyə Dağlıq Qarabağdan azərbaycanlıları qovublar, niyə Xocalıda, Şuşada, Xocavənddə, Laçında, Kəlbəcərdə və başqa Azərbaycan torpaqlarında insanları kütləvi qətlə yetirdilər? Niyə BMT-nin qəbul etdiyi dörd qətnaməyə əməl edilmir? Əsl dəli, ağılsız, həyasız, şərəfsiz bu faktları gizlədib, başqalarına şər atanlar deyilmi?
İlham Əliyev tarixi həqiqəti söyləyir. O, dövlət başçısı kimi rəhbərlik etdiyi ölkəni, onun xalqını, hər bir vətəndaşını (onların sırasında nevzorovun və ermənilərin də soydaşları vardır, özü də minlərlə!) təhlükəsizliyini qoruyur. Əks tərəf də daim Azərbaycan Prezidentinə böhtan atır, müxtəlif yalanlar uydurur.
"Exo Moskvı" radiostansiyasına danışan gerizəkalı sarsaq deyir ki, azərbaycanlılar tarixi muma çeviriblər, necə istəyirlər, yoğururlar, indi də İrəvanla bağlı mif uydururlar. Bu zavallı heç öz həmvətənlərinin İrəvan qalası haqqında yazdıqlarını oxumayıb! A.Nevzorovun "yeddi arxa dönəninin" (o da məlum deyil, kimlərdir) zamanında İrəvan qalasının çəkilən şəkilləri, onu almaq üçün rus ordusunun illərlə əlləşdiyi haqqında informasiyası yoxdursa, axmaqcasına və həyasızcasına niyə fikir bildirir? Çünki o da ermənilər kimi yalançı, böhtançı və ədalətsizdir!
Azərbaycan tarixçiləri əsrlər öncə İrəvan haqqında yazıblar, indi də daha geniş və dərin təhlil aparırlar. Bu proses cənab Prezidentin məlum nitqindən sonra başlamayıb ki? Əksinə, Avropa, Rusiya, Türkiyə, İran, Azərbaycan və başqa ölkələrin tarixçilərinin apardıqları elmi tədqiqatların nəticəsi olaraq Azərbaycanın dövlət başçısı ədalətli qaydada fikrini bildirib. Bu, hamının bildiyi, elm aləminin qəbul etdiyi həqiqətdir!
Əslində, zatı bilinməyən bir sərsərinin sayıqlamaları üzərində geniş dayanmağa elə bir ehtiyac da yoxdur. Məsələ ermənilərin artıq bütün ciddi qaynaqlardan əlini üzüb, səy, gic və dəlilərin ətəyindən yapışmaları aspektində maraqlıdır. Bir az da gülməlidir. Bu məqamda Azərbaycan Prezidentinin köməkçisi Novruz Məmmədovun bir fikrini xatırlamaq yerinə düşərdi. Novruz Məmmədov başabəla jurnalist haqqında deyib: "Fikirləşirəm ki, Nevzorov heç zaman dərk edə bilməyəcək ki, şəxsiyyət kimi formalaşa bilməyib, sadəcə, anomal olaydır, o, "human being" feykidir. O, o dərəcədə anomaldır ki, nə yaratmağa cəhd etsə, 600 saniyədən sonra məhv olur. Yaxşı olar ki, o, psixiatrik xəstəxanada "yaratsın". Orda onu "başa düşərlər"". Ən əsası isə, "N e r v o z o v" hansı "xidmətlərinə" görə kimin qarşısında necə dombalaq aşmağı, bilirmiş!
Nəhayət, təsəvvür edin, hansısa Nevzorov Ermənistan üçün arqument, tarixi reallıq qaynağı olub! Bu həmin Ermənistan rəhbərliyidir ki, Ermənistanın "başsız, düşüncəsiz və beyinsiz" adlandırdığı Rusiya Prezidentinin bir əmrindən belə çıxa bilmir və Serj Sarkisyan onun bir göstərişi ilə Ermənistanın geosiyasi istiqamətini iki saata dəyişir! Əgər V.Putin "beyinsiz və bəşəriyyətdə xərçəng şişidirsə", onda bütöv Ermənistan rəhbərliyi nəmənədir? (Allah Mirzə Cəlilə və Sabirə rəhmət etsin!). Bu sualı ermənilər A.Nevzorova niyə vermirlər? Çünki reallıq çox qorxuncdur: Ermənistan rəhbərləri və A.Nevzorov zəka və fəhm baxımından həyasız, küt, ləyaqətsiz məxluqdurlar!
Newtimes.az