ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verib | 1news.az | Xəbərlər
Siyasət

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verib

15:19 - 22 / 02 / 2018
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verib

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.

1news.az xəbər verir ki, bu barədə o bu gün Vyanada ATƏT PA-nın qış sessiyasında hazırladığı yekun hesabatın təqdimatı zamanı bildirib.

Vigenin deyib ki, ATƏT PA-nın prezidenti Gerogi Tsereteliyə bu gün yerli vaxtla saat 12:00-dan xüsusi nümayəndə vəzifəsindən istefa etməsi barədə müraciət edib.

O, istefa verməsinin səbəbini bütün səyini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsindəki məruzəçi vəzifəsinə yönəlmək niyyəti ilə əlaqələndirib. 

1news.az

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər