Dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın növbəti iclası Rusiyada keçiriləcək
21-22 fevral tarixində Bakıda Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirildi.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, komissiyanın iclası çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırıldı.
Həmçinin, demarkasiya prosesinin davam etdirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə edildi.
Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutdu.
Birgə Komissiyanın növbəti iclasının Rusiya Federasiyası ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaqdır.
1news.az
449