Belçikada hicab qadağası ilə bağlı vacib qərar verilib   | 1news.az | Xəbərlər
Dünya

Belçikada hicab qadağası ilə bağlı vacib qərar verilib  

13:00 - 24 / 02 / 2018
Belçikada hicab qadağası ilə bağlı vacib qərar verilib  

Belçikanın Maasmechelen bölgəsindəki məktəblərdə hicab qadağası ilə bağlı məhkəmə başa çatıb.

11 şagirdin valideyni tərəfindən açılan məhkəmə şagirdlərin lehinə nəticələnib. Məhkəmə Avropa İnsan Hüquqları haqqında Konvensiya müddəalarını əsas gətirərək, Avropa ölkələrinin vətəndaşlarının dinlərini istədikləri kimi yaşamaq hüququna malik olduğunu, məktəbin şagirdlərə hicab qadağasının dini azadlığa zidd olduğunu bildirib.

Məhkəmənin qərarına əsasən sözügedən tələbələr 30 gün içərisində məktəblərində hicab taxa biləcəklər.

S.Xankişiyeva

 

 

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər