Politoloq: Sarkisyan azərbaycanlı diplomatı Dağlıq Qarabağa qayıdacağımıza inandırmağa çalışdı | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Sarkisyan azərbaycanlı diplomatı Dağlıq Qarabağa qayıdacağımıza inandırmağa çalışdı

15:24 - 28 / 02 / 2018
Politoloq: Sarkisyan azərbaycanlı diplomatı Dağlıq Qarabağa qayıdacağımıza inandırmağa çalışdı

Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ əsilli azərbaycanlı diplomatı azərbaycanlıların Dağlıq Qarabağa qayıdacağına inandırmağa çalışdı. “Siz ola bilər şübhələnirsiniz. Amma azərbaycanlılar Dağlıq Qarabağa və ətraf rayonlara qayıdacaq”. Bunun üçün Sarkisyan anca bir şərt irəli sürdü. Azərbaycan rəhbərliyi fikrini dəyişməli və reallıqdan uzaq arzularından əl çəkməlidir.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğludeyib.

O vurğulayıb ki, söhbət Prezident İlham Əliyevin Yerevanın Azərbaycana qaytarılması ilə bağlı verdiyi bəyanatdan gedir: "Dağlıq Qarabağa azərbaycanlıların qayıtmasını separatçı Dağlıq Qarabağdakı de-fakto rəhbərliyin təmsilçiləri  də etiraf ediblər. Ən azı D.Babayan iki dəfə bu məsələyə təsdiqləyici münasibət bildirib.

Onun da şərti var: Azərbaycanlılar “DQR”-in vətəndaşlığını qəbul etdikdən sonra qayıda bilərlər.Babayan Dağlıq Qarabağa azərbaycanlıların qayıtması mövzusunda təsdiqləyici mövqe bildirməyə məcburdur. İrəli sürdüyü şərtin mənası yoxdur. Çünki yalnız azərbaycanlılar Dağlıq Qarabağa qayıtdıqdan sonra Dağlıq Qarabağın statusunun müəyyən olunması prosesi başlaya bilər. ATƏT MQ Dağlıq Qarabağda azərbaycanlıların deportasiyasına hüquqi don geydirə, hətta ona göz yuma bilməz. Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT MQ-nin qabağında olan qırmızı xətlərdən biri də budur. Azərbaycanlıların deportasiyasının nəticələri aradan qaldırılmalıdır, sonra Dağlıq Qarabağın taleyi müəyyən olunmalıdır".

Politoloq deyib ki, Sarkisyan Dağlıq Qarabağ tənzimlənməsində imitasiya ilə hərbi təxribatları növbələşdirərək tənzimlənməyə imkan vermədi: "Nəticədə, prosesləri 2016-cı ilin aprel döyüşlərinə gətirib çatdırdı. İndi Azərbaycan Prezidentinin azərbaycanlıların İrəvana qayıtması ilə bağlı bəyanatından qorxur.  Sarkisyan Azərbaycan Prezidentinin bu bəyanatını İrəvanın Azərbaycana qaytarılması kimi başa düşüb. Görünür, Sarkisyan fikirləşir ki, Dağlıq Qarabağın 30 il erməni işğalı altında qalmasına dözən beynəlxalq ictimaiyyət Yerevanın da gələcəkdə azərbaycanlılarn nəzarətinə qayıtmasına dözəcək.

Sarkisyanın belə qorxusu varsa, o işğal altındakı Azərbaycan torpaqlarını mümkün qədər tez sahibinə qaytarmalıdır".

1news.az

 

Paylaş:
565

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35
Bütün xəbərlər