Azərbaycan ilə NATO-nun təhsil üzrə ekspertlərinin görüşü keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə NATO-nun təhsil üzrə ekspertlərinin görüşü keçirilir

18:03 - 28 / 02 / 2018
Azərbaycan ilə NATO-nun təhsil üzrə ekspertlərinin görüşü keçirilir

Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən, Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Müdafiə Nazirliyinin və NATO-nun mütəxəssisləri arasında növbəti işçi görüşü keçirilir.

1news.az-ın məlumatına görə, tədbirdə “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində 2017-ci ildə həyata keçirilən fəaliyyətlər təhlil edilir, eləcə də cari il üçün planlaşdırılan tədbirlər və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılır.

1news.az

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər