Ərli qadının “intim fantaziyası” sevgilisini xəstəxanalıq etdi - FOTO
Ərli qadının “intim fantaziyası” sevgilisini xəstəxanalıq edib.
1news.az A24.az-a istinadən xəbər verir ki, Samsunda evli və 1 uşaq anası olan gənc qadın fəhlə işləyən sevgilisini bağlayıb, öncə kəmərlə boğazını sıxıb, sonra ağacla döyüb.
Döyülən 3 uşaq atası E.A.(37) xəstəxanaya çatdırılıb. E.A. ilk tibbi müdaxilədən sonra həyati təhlükəsi olduğu üçün başqa bir xəstəxanaya köçürülüb.
İddiaya görə, evli və 1 uşaq anası S.T. (26) görüşdüyü E.A.-dan ayrılmaq istəyib, ancaq E.A. bu istəyi qəbul etməyib. E.A. təhdidlə gənc qadın ilə görüşüb. S.T. “fantaziyalı cinsi əlaqəyə girək” deyə bildirdiyi kişinin əllərini və gözlərini bağlayıb, sonra da kəmərlə boğazını sıxıb odun parçası ilə onu döyüb.
Qadının xəbər verdiyi qardaşları və qardaşı oğlunun da hadisə yerinə gələrək E.A.-nı döydükləri iddia edilir. Qadın, qardaşları və qardaşı oğlu saxlanılıb. Qadın günahını etiraf etsə də, qohumları zərərçəkəni döymədiklərini deyiblər. Məhkəmə təxirə salınıb.
1news.az