Mübariz Əhmədoğlu: Sərkisyanın Dağlıq Qarabağın statusu ilə əlaqəli mövqeyində kardinal dəyişiklik baş verib | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Sərkisyanın Dağlıq Qarabağın statusu ilə əlaqəli mövqeyində kardinal dəyişiklik baş verib

10:51 - 02 / 03 / 2018
Mübariz Əhmədoğlu: Sərkisyanın Dağlıq Qarabağın statusu ilə əlaqəli mövqeyində kardinal dəyişiklik baş verib

S.Sərkisyan Dağlıq Qarabağ ermənilərinin öz torpaqlarında azad yaşamasını Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin son məqsədi elan etdi.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Sərkisyanın Dağlıq Qarabağın statusu ilə bağlı açıqlamasını şərh edərkən bildirib:

“S.Sərkisyan ermənilərin Dağlıq Qarabağda azad yaşamaq hüququ ilə bağlı fikirlərini Münhendə ortalığa qoysa da bu fikri tam olaraq Livan prezidenti M. Aunla görüşdə inkişaf etdirdi.  Bundan bir neçə gün öncəyədək S.Sərkisyan üçün Dağlıq Qarabağ tənzimlənməsində ən əsas məsələ Dağlıq Qarabağ xalqının öz müqəddəratını azad şəkildə müəyyən etməsi idi. “Dağlıq Qarabağda ermənilərin azad yaşaması” ifadəsi “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetməsi” ifadəsindən kəskin fərqlənir”.

Politoloqun fikrincə, S.Sərkisyan başa düşür ki, Dağlıq Qarabağ tənzimlənməsini yubatmaq, Ermənistan dövlətçiliyini zəiflədib.

“Bu həm də Sərkisyanın beynəlxalq ictimaiyyətə ümidsizliyinin göstəricisidir. Haqlı olaraq S.Sərkisyan başa düşüb ki, Ermənistanın Azərbaycan torpaqlarının 30 il işğal altında saxlamasına reaksiya verməyən beynəlxalq ictimaiyyət Ermənistanın belə taleyinə  dözəcək.

S.Sərkisyan həm də inanır ki, yaxın illərdə Ermənistanda ondan güclü siyasətçi olmayacaq. Çünki ölkəsinin daxili siyasi həyatının müəllifi özüdür. Dağlıq Qarabağ tənzimlənməsində mümkün qədər çox əldə edə biləcək yeganə siyasətçi də məhz S.Sərkisyanın özünü hesab edir. Bunları nəzərə alaraq mövqeyini mümkün qədər Dağlıq Qarabağ tənzimlənməsindəki reallığa yaxınlaşdırır”.

Mübariz Əhmədoğlunun sözlərinə görə, Azərbaycan Respublikası multikultural dəyərlərin hökmran olduğu çoxmillətli və çoxdinli dövlətdir.

“Azərbaycanlılarla birlikdə ermənilərin Dağlıq Qarabağda azad, təhlükəsiz yaşamasına və inkişafına Azərbaycan Konstitutsiyası tam zəmanət verir. Təbii ki, S.Sərkisyanın dedikləri hələ ki, ciddi və ya geridönməz hal kimi qəbul edilməməlidir. Çünki fikrini tez-tez dəyişir. İndiki halda bəlkə də mövqeyini dəyişdirməyə vaxt çatdırmadı”.

S.Xankişiyeva

 

Paylaş:
600

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər