Məmmədyarov: Seçkilərdən sonra Qarabağ danışıqları intensiv davam etdiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov: Seçkilərdən sonra Qarabağ danışıqları intensiv davam etdiriləcək

14:41 - 05 / 03 / 2018
Məmmədyarov: Seçkilərdən sonra Qarabağ danışıqları intensiv davam etdiriləcək

"Azərbaycan və Mərakeş arasında əlaqələr 1992-ci ildə qurulub. Ölkələrimiz arasında strateji səviyyədə əməkdaşlıq da ola bilər, çünki hər iki dövlət beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir. Bu ilin sonu və ya gələn ilin əvvəllərində konkret layihələr üzrə hökumətlərarası komissiyanın ikinci iclasını keçirmək qərarına gəldik. Biznes-forum da keçiriləcək".

1news.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Məmmədyarov qonağa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verdiyini bildirib: "Tərəflər prezident seçkilərindən sonra daha intensiv şəkildə müzakirələri davam etdirmək qərarına gəlib. Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik".

1news.az 

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər