“Los Angeles Times” qəzeti: Ermənistan Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədib | 1news.az | Xəbərlər
Siyasət

“Los Angeles Times” qəzeti: Ermənistan Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədib

10:18 - 05 / 03 / 2018
“Los Angeles Times” qəzeti: Ermənistan Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədib

ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetində 2 mart 2018-ci il tarixində qəzetin baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı və bir neçə gün öncə Kaliforniya Ştat Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmə haqqında məqalə dərc edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan 1news.az-a verilən məlumata görə, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Anceles vilayətində isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən güclənməkdədir.

Məqalədə müəllif Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı haqqında məlumat verərək, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, Xocalıda Ermənistan tərəfindən çoxlu sayda günahsız azərbaycanlılara qarşı soyqırımının həyata keçirildiyini, ümumilikdə Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salındığını qeyd edir. A.Masiel, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş, Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən dörd qətnaməyə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildirir. O, həmçinin bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul edildiyini vurğulayaraq diqqətə çatdırır ki, bu sənədlərdə işğalçı dövlət kimi tanınan Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə və insanlığa qarşı cinayətlər törətməsi qeyd olunur.

Sonra A.Masiel bir neçə gün öncə Kaliforniya Ştat Senatında ölkəmizə Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmə haqqında danışaraq, bu dinləmənin erməni lobbisi üçün gözlənilən nəticə vermədiyini qeyd edir. O, mövcud 40 Kaliforniya senatorundan yalnız ikisinin dinləməyə qatıldığını, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvlərinin dinləmədə iştirak edərək, müxtəlif suallarla çıxış etdiklərini, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qətliamların nə üçün Senat tərəfindən pislənilmədiyini soruşduqlarını və bu kimi suallarla dinləməni aparan senator Entoni Portantinonu məsələyə birtərəfli yanaşmaqda ittiham etdiklərini, senatorun isə bu suallardan hər vəchlə yayındığını bildirir.

Sonda müəllif Kaliforniya Senatının Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edərkən, ədalət prinsipinə sadiq qalaraq, hər iki tərəfin fikirlərini dinləməyə borclu olduğunu vurğulayır.

Məqalə ilə bu linkdə tanış olmaq olar: http://www.hoylosangeles.com/opinion/hoyla-opinion-en-el-conflicto-armenio-azerbaiyano-el-senado-de-california-debe-escuchar-ambas-partes-20180302-story.html

1news.az

Paylaş:
830

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər