ATƏT/DTİHB-un müşahidə missiyasının tərkibində 11 beynəlxalq ekspert var
Bu gün Bakıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri mətbuat konfransı keçirib.
1news.az xəbər verir ki, tədbirdə müşahidə missiyasının rəhbəri xanım Korin Yonker seçki prosesində fəaliyyətləri barədə məlumat verib.
O qeyd edib ki, ATƏT-ə üzv ölkələr seçkilərin müşahidəsi ilə bağlı üzərilərinə öhdəlik götürüb: "Bu öhdəlikdən irəli gələrək Azərbaycan tərəfi ATƏT/ DTİHB-una dəvət göndərib".
Yonker bildirib ki, müşahidə missiyasının tərkibində 11 beynəlxalq ekspert var.
Qeyd edək ki, missiyanın əsas vəzifələrindən biri seçkilərin müşahidəsinin maksimum geniş olmasını təmin etməkdir.
Xatırladaq ki, ATƏT/ DTİHB-un uzunmüddətli müşahidə missiyası bugündən fəaliyyətə başlayır. Missiyanın media analitiki Yegor Tilpunov, rəsmi sözçüsü isə Thomas Rymerdir.
Məlumat üçün nəzərinizə çatdıraq ki, ATƏT/DTİHB-un qiymətləndirmə missiyası bu ilin fevral ayında Azərbaycanda səfərdə olub. Qurum büroya aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidə missiya göndərməyi tövsiyə edib. Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər qısamüddətli, 30 nəfər uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.
1news.az












