Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

22:31 - 12 / 03 / 2018
Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana rəsmi səfəri martın 12-də başa çatıb.

1news.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

1news.az

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər