Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməli qoyulub | 1news.az | Xəbərlər
Siyasət

Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməli qoyulub

22:29 - 13 / 03 / 2018
Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməli qoyulub

Martın 13-də Moldovanın Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməlqoyma mərasimi keçirilib.

Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, 1600 kvadratmetrdən çox sahəsi olan Mədəniyyət-Təhsil Mərkəzinin binası lazımi avadanlıqla, eləcə də kompüter otaqları ilə təchiz olunacaq.

Mədəniyyət-Təhsil Mərkəzi Azərbaycan rəhbərliyinin göstərişi əsasında Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunacaq.

Təməlqoyma mərasimində Moldova Respublikasının Prezidenti İqor Dodon, Qaqauziya Muxtariyyətinin başqanı xanım İrina Fedorovna Vlah, Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev iştirak ediblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Mədəniyyət-Təhsil Mərkəzində Çadır-Lunqa şəhərinin və ətraf rayonların uşaqları və gəncləri öz potensiallarını tam şəkildə reallaşdıracaq və Mərkəz Moldova xalqının gənc istedadlarının inkişafına xidmət edəcək.

Bildirilib ki, Mərkəzin tikintisi Azərbaycan və Moldova arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha bir rəmzi olacaq və gələcəkdə bu münasibətlərin daha da inkişafına öz töhfəsini verəcək.

1news.az

Paylaş:
793

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər