Tsereteli: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in ən əsas məqsədidir | 1news.az | Xəbərlər
Siyasət

Tsereteli: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in ən əsas məqsədidir

11:26 - 13 / 03 / 2018
Tsereteli: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in ən əsas məqsədidir

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in ən əsas məqsədidir.

1news.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli deyib.

O qeyd edib ki, ATƏT regionda bütün münaqişələrin həllinə fəal cəlb olunub:

"Parlament Assambleyası üçün və ATƏT-in özü üçün vacib və prioritet rollardan biri münaqişələrin nizamlanması və sülh yolu ilə həllində iştirakdır. Biz açıq şəkildə bəyan edirik: təəssüf ki, bir çox istiqamətlərdə, ilk növbədə, həlli uzanmış münaqişələr məsələsində çatışmazlıqlar, nöqsanlar mövcuddur. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, şübhəsiz ki, biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bununla belə, əldə etmək istədiymiz digər aydın nəticələr də var. Lakin prosesin iştirakçıları arasında tənqidin olması və müsbət olmayan münasibətlərə rəğmən, nizamlanmanın digər mexanizmi yoxdur. Münaqişənin sülh yolu ilə həlli - bu bizim ən əsas məqsədimizdir".

1news.az

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər