Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının baş katibini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının baş katibini qəbul edib

19:45 - 15 / 03 / 2018
Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının baş katibini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnakı qəbul edib.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bu gün Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulmasına dair sənədin təqdim edildiyini bildirən U. Rusnak bu qanun layihəsinin enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə “Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacağını ifadə edib.

Azərbaycanın etibarlı tərəfdaş kimi enerji təhlükəsizliyində oynadığı rolu təqdir edilib və TANAP layihəsinin tezliklə fəaliyyətə başlayacağı qeyd olunaraq, TAP layihəsi üzrə işlərin qrafik üzrə getdiyi diqqətə çatdırılıb.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sırasında enerji təhlükəsizliyi və təminatı məsələsinə xüsusi diqqət yetirdiyi və milli səviyyədə mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb.

Həmçinin, görüşdə qlobal enerji bazarında vəziyyət, neft bazarının sabitləşməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.

U. Rusnak təşkilatın gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlar və təsisatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib.

1news.az

Paylaş:
536

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər