Filippində təyyarə evə çırpılıb: 10 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

Filippində təyyarə evə çırpılıb: 10 nəfər həlak olub

16:45 - 17 / 03 / 2018
Filippində təyyarə evə çırpılıb: 10 nəfər həlak olub

Filippində təyyarənin yaşayış evinə düşməsi nəticəsində azı 10 nəfər həlak olub.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hadisə Bulakan əyalətində qeydə alınıb. Həlak olanlar evin sakinləri, pilot və təyyarənin sərnişinləridir.

Qəzaya uğramış “Piper PA-23 Apache” təyyarəsinin “Lite Air Express” hava yolları şirkətinə aid olduğu və Plaridel-Laoaq marşrutu ilə uçduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

S.Xankişiyeva

 

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər