Britaniya səfiri Rusiya XİN-ə çağırılıb
Britaniyanın Moskvadakı səfiri martın 17-də Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya XİN məlumat yayıb.
Səfirin diqqətinə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinə görə, rusiyalı diplomatların Britaniyadan çıxarılmasına qarşı cavab tədbirinin görülməsinin çatdırılacağı gözlənilir.
İngiltərə 23 Rusiya diplomatını ölkədən çıxarır
S.Xankişiyeva
694