Ərdoğan: Afrin tam nəzarətə götürülüb | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: Afrin tam nəzarətə götürülüb

13:14 - 18 / 03 / 2018
Ərdoğan: Afrin tam nəzarətə götürülüb

Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bunu bu gün Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib:

“Afrində terrorçuların çirkli və cırılmış bayraqarı deyil, azadlıq və sabitliyin rəmzi olan bayraqlar dalğalanır. Hazırda Afrində Türkiyə və Azad Suriya Ordusunun bayraqları dalğalanır”. 

Həmçinin Ərdoğan bildirib ki, Ankara regionda infrastrukturun bərpası üçün əlindən gələni edəcək:

“Suriyalı qaçqınların vətənlərinə qaytarılması üçün lazımi tədbirlər görəcəyik”.

S.Xankişiyeva

 

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər