XİN: İran vətəndaşlarına giriş vizaları hava limanlarında rəsmiləşdirilir | 1news.az | Xəbərlər
Siyasət

XİN: İran vətəndaşlarına giriş vizaları hava limanlarında rəsmiləşdirilir

14:42 - 19 / 03 / 2018
XİN:  İran vətəndaşlarına giriş vizaları hava limanlarında rəsmiləşdirilir

15 mart 2018-ci il tarixindən etibarən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilir. 

Bu barədə 1news.az-a   XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq”, H.Hacıyev əlavə edib.

P.Sultanova

 

Paylaş:
568

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər