Bir qrup hərbi qulluqçuya “polkovnik” rütbəsi təqdim edilib | 1news.az | Xəbərlər
Siyasət

Bir qrup hərbi qulluqçuya “polkovnik” rütbəsi təqdim edilib

20:38 - 19 / 03 / 2018
Bir qrup hərbi qulluqçuya “polkovnik” rütbəsi təqdim edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib.

1news.az-ın məlumatına görə, hərbi qulluqçularla görüşən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzda görülən irimiqyaslı tədbirlərdən, dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərdən danışıb.

Novruz bayramı münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edən nazir vurğulayıb ki, orduya göstərilən bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

1news.az

Paylaş:
765

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər