Myanma prezidenti istefa verib | 1news.az | Xəbərlər
Siyasət

Myanma prezidenti istefa verib

12:25 - 21 / 03 / 2018
Myanma prezidenti istefa verib

Myanma İttifaqının prezidenti Thin Çjo vəzifəsindən istefa verib.

1news.az xəbər verir ki, 72 yaşlı Thin Çjonun istefa verməsinə səbəb kimi yaşı göstərilib və onun istirahət etmək üçün istefa verdiyi açıqlanıb.

Demokratiya uğrunda Milli Liqanın namizədi kimi seçkilərdə qalib gələn Thin Çjo 2016-cı il martın 30-dan prezident vəzifəsində çalışıb.

Qeyd edək ki, U Txin Çjo 1962-ci ildə hərbi çevrilişdən sonra hərbiçilərin təmsilçisi olmayan ilk prezident olub. Universitet professoru olan U Txin Çjo həm də Demokratiya Uğrunda Milli Liqanın lideri, Nobel mükafatı laureatı Aun San Sunun yaxın dostu və tərəfdarı olub.

Parlament qarşıdakı 7 gün ərzində yeni prezident seçəcək.

1news.az

Paylaş:
737

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər