Azərbaycan və İsveçrə arasında məsləhətləşmələr keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İsveçrə arasında məsləhətləşmələr keçirilib - FOTO

11:43 - 22 / 03 / 2018
Azərbaycan və İsveçrə arasında məsləhətləşmələr keçirilib - FOTO

Martın 20-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İsveçrə ilə Azərbaycan arasında yüksək səviyyəli məsləhətləşmələr aparılması üçün İsveçrə Konfederasiyasına rəsmi səfər edib.

Azərbaycanın İsveçrədəki səfirliyindən 1news.az-a verilən məlumata görə, paytaxt Berndə keçirilən məsləhətləşmələr çərçivəsində Azərbaycan nümayəndə heyəti ilk olaraq İsveçrə Federal Xarici İşlər Departamentində dövlət katibinin müavini Kristina Marti Lanqın başçılıq etdiyi nümayəndə heyəti tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında əlaqələrin cari vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan ilə İsveçrə arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğundan, Bretton Vudz institutlarında (Dünya Bankı və Beynəlxalq Valyuta Fondu) əməkdaşlıqdan məmnunluq ifadə edib və əlaqələrin müxtəlif sahələrdə daha da inkişafında maraqlı olduqlarını vurğulayıblar. İki ölkə arasında iqtisadi əlaqələrin möhkəmliyi və qarşılıqlı sərmayələr, o cümlədən, “Holcim” və “Stadler” kimi İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədəki fəaliyyəti yüksək dəyərləndirilib, əməkdaşlığın, xüsusən də ticarət əlaqələrinin gücləndirilməsi üçün kifayət qədər potensialın mövcudluğu qeyd edilib.

İsveçrə tərəfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun illik toplantılarında iştirakını yüksək qiymətləndirib və bu praktikanın davam etdiriləcəyinə ümid ifadə edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə İsveçrənin dəstəyi, Azərbaycanın iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələrində, o cümlədən “Cənub Qaz Dəhlizi” və Bakı-Tbilisi-Qars layihələrində İsveçrə şirkətlərinin iştirakı, kənd təsərrüfatı və dərman preparatları istehsalı sahəsində əməkdaşlıq imkanları, maliyyə bazarlarına nəzarət qurumları arasında əməkdaşlıq məsələləri, Azərbaycan və İsveçrə arasında hökumətlərarası iqtisadi komissiyanın fəaliyyəti, ölkəmizdə insan hüquqlarının təminatı məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində ölkələr arasında əməkdaşlıq, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və qonşuları ilə münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin növbəti görüşü İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İxracata Nəzarət İdarəsinin rəisi, cari ilin iyun ayından etibarən Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrə tərəfindən həmsədri kimi fəaliyyətə başlayacaq Ervin Bollinqer ilə olub.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin cari durumunu yüksək qiymətləndirən E.Bollinqer bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu qeyd edib və bu baxımdan iş adamları arasında əməkdaşlığın vacibliyini bildirib. Nazir müavini Mahmud Məmməd-Quliyev İsveçrə şirkətlərinin ölkəmizin əsasən qeyri-neft sektoruna investisiya qoymasını yüksək qiymətləndirib. İkitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın oynadığı mühüm rola diqqət çəkilib, bu komissiyanın növbəti iclasının yeni tarixləri və fəaliyyətinin optimallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin kənd təsərrüfatı, o cümlədən fındıq idxalı sahəsində əməkdaşlıq məsələləri, peşə təhsili sahəsində İsveçrə təcrübəsinin Azərbaycan tərəfindən öyrənilməsi imkanları müzakirə edilib. Bundan əlavə, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması istiqamətində aparılan danışıqlar barədə də fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti ardıcıl olaraq İsveçrənin 16 irimiqyaslı klinikasını birləşdirən “İsveçrə Tibb Şəbəkəsi” təşkilatının MDB ölkələri idarəsinin rəhbəri Marina Verbitski və İsveçrədə meyvə-tərəvəz ticarəti sahəsində fəaliyyət göstərən 175 şirkəti birləşdirən “SWISSCOFEL” təşkilatının marketinq şöbəsinin müdiri Matias Tsürflüh ilə görüşüb. “İsveçrə Tibb Şəbəkəsi” ilə görüşdə təşkilatla Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq imkanları, o cümlədən İsveçrə ilə Azərbaycanın tibb müəssisələri arasında tərəfdaşlıq, azərbaycanlı həkimlərin İsveçrə müəssisələrində təcrübə keçməsi imkanları, insan resursları və tibbi sığorta sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. “İsveçrə Tibb Şəbəkəsi”nin təmsilçisi konkret layihələrin müzakirə edilməsi üçün maraqlı tərəflərin iştirakı ilə Bakı və ya Bern şəhərlərində “dəyirmi masa”nın keçirilməsi təklifi ilə çıxış edib.

“SWISSCOFEL” təşkilatı ilə görüşdə Azərbaycanın fındıq təsərrüfatı barədə fikir mübadiləsi aparılıb, İsveçrə tərəfi Azərbaycandan fındıq idxalında maraqlı olduğunu bildirilib. Nazir müavini Azərbaycanda kənd təsərrüfatında aparılan islahatlar, o cümlədən fındıq istehsalının artırılması istiqamətində atılan addımlar barədə məlumat verərək, İsveçrə tərəfinin fındıq idxalına marağını yüksək qiymətləndirib və bunu perspektivli əməkdaşlıq sahəsi kimi səciyyələndirib. Qeyd edilməlidir ki, hazırda təşkilata üzv şirkətlərin meyvə-tərəvəz satışlarının həcmi ildə 4 milyard İsveçrə frankı təşkil edir və İsveçrə üzrə ümumi meyvə-tərəvəz satışlarının 86 faizi bu təşkilata üzv şirkətlər tərəfindən həyata keçirilir.

1news.az

Paylaş:
569

Son xəbərlər

Jerar Depardye Parisdə saxlanılıbBu gün, 13:21Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:46Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:41Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduBu gün, 12:36Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTOBu gün, 11:45Abşerona olan sevgi ziyalıları bir araya topladıBu gün, 11:42İsveçdə Qurani-Kərim yandırılıb - VİDEOBu gün, 11:27FHN metroda təlim keçirib - VİDEOBu gün, 11:23İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edibBu gün, 11:14“BakıKART” artıq m10-da!Bu gün, 11:02Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıbBu gün, 10:59Autizmin əlamətləri hansılardır? - Psixoloqla MÜSAHİBƏBu gün, 10:45Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaqBu gün, 10:37
Bütün xəbərlər