Səsvermə prosesi necə aparılır? - İlk dəfə səs verənlər üçün | 1news.az | Xəbərlər
Siyasət

Səsvermə prosesi necə aparılır? - İlk dəfə səs verənlər üçün

16:38 - 23 / 03 / 2018
Səsvermə prosesi necə aparılır? - İlk dəfə səs verənlər üçün

Aprelin 11-də keçiriləcək prezident seçkilərində 102 mindən çox gənc ilk dəfə səs verəcək.

Azərbaycanın paytaxtı və bölgələrində əhalinin səsvermə prosesi ilə bağlı təcrübəsi olmayan təbəqəsinin maarifləndirilməsi məqsədilə həm dövlət qurumları, o cümlədən icra hakimiyyəti orqanları, həm də vətəndaş cəmiyyəti institutları tərəfindən tədbirlər həyata keçirilir. Belə tədbirlərdə seçkilərdə ilk dəfə iştirak edəcək gənclərə onların seçki hüquqları, səsvermə prosesi və qaydalarından tutmuş seçkilərdə iştirak etmələrinin dövlət, xalq üçün hansı əhəmiyyəti daşıması kimi vacib nüans və məsələlər izah olunur, nəzəri məlumatlar verilir.

Məlumat üçün qeyd edək ki, seçki günü saat 7:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir. Saat 8:00-da isə səsvermə prosesinə başlanılır və 19:00-dək davam edir.

Məntəqə seçki komissiyalarının bir üzvü girişdə dayanaraq məntəqəyə daxil olan vətəndaşların  şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin maye ilə əvvəl işarələnib-işarələnmədiyini yoxlayır. Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Digər halda seçici məntəqəyə buraxılır. Seçki komissiyasının üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Barmağının maye ilə işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir. Seçici razılaşmadıqda ondan seçki məntəqəsini tərk etməsi tələb edilir və seçici siyahısında “işarələnmədən imtina etdi” qeydi yazılır. Seçici razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir.

Seçiciyə seçki bülleteni  şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir. Seçici seçki bülletenini aldıqdan sonra seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi yazılır. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir. Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza atır. Seçicinin seçki bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında “seçicinin seçki bülletenini alması haqqında imza” qrafasında imza çəkməlidir.

Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.

Hər bir seçici şəxsən və təklikdə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir. Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur. Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.

Seçici doldurulmuş seçki bülletenini  səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır.

Seçici seçki bülletenini doldurarkən səhv etdiyini bildirərsə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur.

Hər bir seçicinin Seçki Məcəlləsində əksini tapan bu qaydaları bilməsi və səsvermə prosesində bunlara əməl etməsi onların ölkə Konstitusiyası ilə müəyyən edilmiş səsvermə hüququnun  təmin olunmasına imkan verəcək. 

Sechki-2018.az

Paylaş:
5012

Son xəbərlər

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31
Bütün xəbərlər