Maksim Kuryaçiy: Azərbaycanda demokratik şəkildə səsvermə üçün lazımi şərait yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

Maksim Kuryaçiy: Azərbaycanda demokratik şəkildə səsvermə üçün lazımi şərait yaradılıb

11:25 - 24 / 03 / 2018
Maksim Kuryaçiy: Azərbaycanda demokratik şəkildə səsvermə üçün lazımi şərait yaradılıb

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində vətəndaşların demokratik şəkildə səsvermə hüququndan istifadə etməsi üçün lazımi şərait yaradılıb. 

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikri saytına açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

M.Kuryaçiy bildirib ki, Ukrayna strateji müttəfiqi olan Azərbaycanda sabit ictimai-siyasi mühitin hökm sürməsində, bu ölkənin iqtisadi cəhətdən güclənməsində maraqlıdır.

“Azərbaycanda mövcud olan seçki qanunvericiliyinə uyğun olaraq ölkədə seçkilərin demokratik mühitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, Azərbaycan vətəndaşları düzgün seçim edəcəklər”, - deyə ukraynalı deputat əlavə edib.

S.Xankişiyeva

 

Paylaş:
719

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər