Prezident: Antimilli AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Antimilli AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı

14:02 - 26 / 03 / 2018
Prezident: Antimilli AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı

Antimilli hakimiyyət – AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı.

1news.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş nitqində deyib.

Dövlətimizin başçısı bildirib: “Əlbəttə ki, kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı. Əlbəttə ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olmağa başladıq və pambıqçılığın əkin sahələri azaldı. Biz bu gün bu barədə danışacağıq. Ancaq son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var”.

İlham Əliyev qeyd edib ki, 1970-ci illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət – AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı”.

Prezident əlavə edib ki, hakimiyyətə gəlmiş təcrübəsiz adamlar, ümumiyyətlə, iqtisadiyyat haqqında heç bir biliyə malik deyildilər, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı heç bir iş görülmürdü: “Ümumiyyətlə, Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik imkan vermirdi ki, ölkəmiz inkişaf etsin. Yalnız 1993-cü ildən sonra - xalq Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət edəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlamış, islahatlar aparılmışdır. Hesab edirəm ki, o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı ən önəmli qərar kənd təsərrüfatında işləyənlərin vergilərdən azad edilməsi idi.

Eyni zamanda, müstəqilliyimizin ilk illərində ölkə qarşısında o qədər ciddi problemlər durmuşdu ki, əlbəttə, pambıqçılığa həm maddi cəhətdən, həm vaxt baxımından diqqət ayırmaq prioritet məsələ deyildi. Ölkə çox ciddi çağırışlarla üzləşmişdi, böyük təhlükələr mövcud idi. 1990-cı illərdə sabitliyin bərpası, Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi, Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün əsas vasitə kimi neft strategiyamızın uğurla icrası – bütün bunlar idi prioritet məsələlər”.

1news.az 

 

Paylaş:
543

Son xəbərlər

Sabah məzun olacaq şagidlərin sayı açıqlandı13 / 06 / 2024, 18:24Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb13 / 06 / 2024, 17:55NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir13 / 06 / 2024, 17:49Azyaşlı sosial şəbəkələrdə əxlaqsız görüntülərini paylaşan anasından alınıb, sığınacağa yerləşdirilib13 / 06 / 2024, 17:33Oğurlanan 340 min manatla estetik əməliyyat etdirdilər, maşınlar aldılar - Saxlanılanlar var - VİDEO13 / 06 / 2024, 17:02İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası Şuşada keçirilib13 / 06 / 2024, 16:27ADY bayram günləri ilə əlaqədar Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edir13 / 06 / 2024, 16:21Aparıcı Çinarə Əliyeva övladını itirməsilə bağlı paylaşım edib13 / 06 / 2024, 16:20İyun ayının ötən dövrü ərzində yağıntıların sayı çox olub13 / 06 / 2024, 16:14Dövlət Neft Fondunun İcraçı direktoruna müavin təyin edilib13 / 06 / 2024, 16:01Bakıda dönərxanada yanğın olub13 / 06 / 2024, 15:36Muxtar Babayev Çex Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirib13 / 06 / 2024, 15:22Yevlax və Mingəçevirdə su basmış ərazilərdə tədbirlər görülüb - VİDEO13 / 06 / 2024, 15:00Bakıda yeni parklar salınacaq - FOTO13 / 06 / 2024, 14:40Təkrar əlillik təyin edilmiş 34 mindən çox şəxs sosial ödənişlərlə təmin edilib13 / 06 / 2024, 14:28AZANS yeni rəqəmsal platformalarla bağlı “Aireon” şirkəti ilə müqavilə imzalayıb - FOTO13 / 06 / 2024, 14:20Prezident Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib - FOTO13 / 06 / 2024, 14:05Silk Way West Airlines Qırğızıstandan Azərbaycana yak daşınmasını uğurla həyata keçirib13 / 06 / 2024, 13:42Yüzdən çox təqaüdçünün kartından oğur etməkdə şübhəli bilinən qadın saxlanılıb - VİDEO13 / 06 / 2024, 13:22DİN “Son Zəng”lə bağlı valideyinlərə müraciət edib13 / 06 / 2024, 12:57
Bütün xəbərlər